GetirAptek
Məxfilik siyasəti
Bu səhifə GetirAptek platformasında toplanan məlumatların əsas istifadəsini və qorunmasını qısa, anlaşılan formatda izah edir.
1. Toplanan məlumatlar
Platforma sifarişlərin icrası, müştəri dəstəyi və hesab funksiyaları üçün telefon, email, ünvan, sifariş tarixi və seçilmiş əlaqə kanalını emal edir.
2. İstifadə məqsədi
Məlumatlar sifarişin yaradılması, çatdırılma, profilin sinxronlaşdırılması, Telegram və WhatsApp kimi əlaqə kanalları ilə iş və xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün istifadə olunur.
3. Saxlanma və paylaşım
Müştəri məlumatları yalnız xidmətin göstərilməsi üçün zəruri olan sistemlərdə saxlanılır. Texniki inteqrasiyalarda yalnız lazım olan həcmdə məlumat paylaşılır.
4. İstifadəçi hüquqları
İstifadəçi profilini yeniləyə, əlaqə kanalını dəyişə və dəstək vasitəsilə məlumatlarının aktuallaşdırılmasını tələb edə bilər.
5. Hesab silinməsi və saxlanma müddəti
İstifadəçi hesab silinməsi sorğusunu tətbiq daxilindən və ayrıca public web resursu üzərindən başlada bilər. Sorğu təsdiqləndikdən sonra hesab və əlaqəli məlumatların silinməsi prosesi başladılır. Qanuni, anti-fraud və maliyyə-audit səbəbləri ilə bəzi qeydlər minimum tələb olunan müddət ərzində saxlanıla bilər.
Hesab silinməsi sorğusu
Rəsmi sorğu səhifəsi: /account-deletion